-
- 16-09-2024, 20:05
- 452
Xalçalardakı inadkar ləkələri BELƏ TƏMİZLƏYİN
Evlərimizin döşəməsini örtən xalçalar həm estetik, həm də sağlamlıq baxımından önəmli əşyalardır. Xalçalar bəzən inadkar ləkələrə məruz qala bilər ki, onlardan çay və qəhvə ləkələri asan təmizlənməməsi ilə tanınır.
News24.az xalçadan çay və qəhvə ləkələrini çıxarmağın hiyləsini təqdim edir:
Soda: Xalçadan çay və qəhvə ləkələrini çıxarmaq istəyənlərin rahatlıqla seçim edə biləcəyi təbii üsullardan biri də şübhəsiz ki, sodadır. Təbii ağardıcı olan sodanın təmizləmə xüsusiyyəti ilə xalçanın üzərindəki çay və qəhvə ləkələrini təmizləyə bilərsiniz.
Çay və qəhvə ləkələrini soda ilə təmizləmək üçün əvvəlcə ləkələrin əmələ gəldiyi yerləri nəm parça ilə yaxşıca silin. Sonra ləkənin yerləşdiyi yerə bolca soda səpin. Ləkələr çıxana qədər nəm parça ilə təmizləyin.
Ağ sirkə: Yüksək turşu tərkibi ilə xalçadakı ləkələri çıxarmağa kömək edəcək digər təbii məhsul sirkədir. Sirkənin təbii aşındırıcı xüsusiyyəti çay və qəhvə ləkələrini təmizləsə də, turşulu olması xalçaya zərər vermir. Xalçadakı ləkələri ağ sirkə ilə çıxarmaq üçün bir stəkan sirkəni bir stəkan su ilə qarışdırıb məhlul hazırlayın. Daha sonra ləkələri nəm bir parça ilə silmək üçün bu məhluldan istifadə edə bilərsiniz.
Duz: Başqa bir aşındırıcı məhsul olan duz da qəhvə ləkələrini çıxarmağa kömək edir. Kobud quruluşu ilə təmizliyi asanlaşdıran duz, tərkibindəki yod sayəsində də xalçadan qəhvə ləkələrini çıxarmağa kömək edir.
Ləkələri duzla çıxarmaq üçün duza az miqdarda su əlavə edib qarışdırın. Pastaya bənzər bir tutarlılığa çatdıqda, duzu ləkələrin üzərinə çəkin. 7-8 dəqiqə təsirini gözlədikdən sonra nəmli parça ilə nahiyəni silə bilərsiniz.
Məryəm İlhamqızı