Diş ağrısından əziyyət çəkənlərin DİQQƏTİNƏ - BU ÜSULU SINAYIN
    • 18-09-2024, 19:14
    • 340

Diş ağrısından əziyyət çəkənlərin DİQQƏTİNƏ - BU ÜSULU SINAYIN

Gündəlik həyata çox təsir edən və həyat keyfiyyətimizi aşağı salan problemlərdən biri diş ağrısıdır. Diş ağrısı yarandıqda ilk iş mütəxəssis həkim tərəfindən müayinədən keçməkdir. 

News24.az xəbər verir ki, həkim müayinəsinə qədər diş ağrısını aradan qaldıracaq təbii üsullar da var.

Diş ağrısından tez bir zamanda xilas olmaq və özünü rahat hiss etmək istəyənlər üçün ilk təbii üsul sodadır. Soda təbii antiseptik və antibakterialdır. Diş ağrısını soda ilə aradan qaldırmaq üçün bir stəkan ilıq suya yarım çay qaşığı soda əlavə edib, bir neçə dəqiqə ağzınızı belə yaxalaya bilərsiniz.

Mixək: Diş ağrısına yaxşı gələn digər təbii üsul mixəkdir. Mixək ağızda ağrıya səbəb olan bakteriyaları təmizləməyə kömək edəcək. Həm də təbii ağrıkəsici olduğu üçün ağrılı nahiyəni azacıq uyuşduraraq ağrıları aradan qaldırır. Ağrıyan dişinizin arasına mixək salıb, bir az əzmək və 15 dəqiqə orada saxlamaq kifayət edəcək.

Məryəm İlhamqızı