Məşhur fenomen avtobus dayanacağında güllələndi
    • Bu gün, 12:55
    • 69

Məşhur fenomen avtobus dayanacağında güllələndi

Məşhur fenomen avtobus dayanacağında güllələnərək qətlə yetirilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kosta-Rikanın paytaxtında baş verib.

29 yaşlı model və “İnstagram” fenomeni Yuliana Kastillo Sançez avtobus dayanacağında gözləyən zaman motosikletdə olan iki tərəfindən silahlı hücumuna məruz qalıb. 

İki uşaq anası olan Yuliana hadisə yerində dünyasını dəyişib.  Onun əşyaları oğurlanmadığı üçün hücumun soyğunçuluq məqsədi daşımadığı, qisas məqsədi ilə həyata keçirildiyi ehtimal edilir. 

Polis hücumun dəqiq səbəbini və hücum edənlərin kimliyini müəyyən etməyə çalışır.

Teymur Məmmədov