-
- 1-10-2024, 13:09
- 181
Kenquru oğruları peyda oldu
Rusiya zooparklarında 1 həftə ərzində 3 kenquru oğurlanıb.
News24.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Oğurluq hadisələri bir-birindən 500 km aralıda baş verib. Həmin an zooparklardan birində kameralar şübhəli şəkildə işləməyib. İşçilər oğurluğun dəstə tərəfindən həyata keçirildiyindən şübhələnirlər.
İlk bala kenquru sentyabrın 28-də Yaroslavl zooparkında yoxa çıxıb. Kaluqada isə daha iki kenquru itkin düşüb. Yerli təhlükəsizlik rəsmiləri heyvanların özəl zoopark üçün oğurlanması ehtimalını nəzərdən keçirir.
Artıq hər iki işlə bağlı araşdırma aparılır.
Teymur Məmmədov