-
- 1-10-2024, 22:13
- 190
Paltarları belə yumayın - mütəxəssislərdən xəbərdarlıq
Bir çox insan paltarlarını 35 ilə 40 dərəcə arasında yuyur, bunun daha uyğun temperatur rejimini təmin edəcəyinə və elektrik enerjisi xərclərini aşağı salacağına inanır.
News24.az xəbər verir ki, mütəxəssislər 40 dərəcədə yuyulan paltarların strukturunun zədələndiyini izah ediblər.
Xüsusilə incə parçalar və rəngli paltarlar 40 dərəcədə yuyulduqda solub deformasiyaya uğraya bilər. Bundan əlavə, bu temperatur ləkələri çıxarmaq üçün kifayət deyil.
Mütəxəssislər bildiriblər ki, imkan daxilində paltarları 40 dərəcədə yumaqdan çəkinməliyik. Daha aşağı temperaturda yumaq da paltarları təmizləmək üçün kifayətdir.
Paltarların 40 dərəcədə yuyulması enerji sərfiyyatını artırır və elektrik enerjisi hesabında da öz əksini tapır. Daha yüksək elektrik ödənişlərinə səbəb olan bu vəziyyətin qarşısını almaq və paltar yuyarkən iqtisadiyyatınıza zərər verməmək üçün paltarlarınızı daha aşağı temperaturda yumağa cəhd edə bilərsiniz.
Bütün bunlarla yanaşı paltarların 40 dərəcə kimi daha yüksək temperaturda yuyulması onların elastik quruluşunu, canlı rəngini və zamanla yeni görünüşünü itirməsinə səbəb olur.
Paltarlarınızı daha aşağı temperaturda yumaqla siz onların quruluşunu qoruya və daha uzun müddət yeni kimi saxlaya bilərsiniz.
Məryəm İlhamqızı