-
- 1-10-2024, 19:34
- 136
45 min liman işçisi tətil edir
ABŞ limanlarında çalışan təqribən 45 min işçi həmkarlar ittifaqları və işəgötürən təşkilatları arasında aparılan kollektiv danışıqların nəticəsiz qalmasından sonra tətilə çıxıb. Tətildən 36 liman zərər çəkib.
News24.az xəbər verir ki, bu, 1977-ci ildən bəri ABŞ limanlarında qeydə alınan ilk tətildir.
Sözügedən tətil uzun müddət davam edərsə, bunun ABŞ və dünya iqtisadiyyatı üçün mənfi nəticələri ola bilər.
Tətildən təsirlənən limanların ümumi tutumu ABŞ-ın bütün ticarət həcminin yarısına uyğundur.
JPMorgan-ın hesablamalarına görə, tətilin ABŞ iqtisadiyyatına gündəlik zərəri 3,8-4,5 milyard dollar arasında olacaq.
Avtomobil ticarətinin də mənfi təsir etməsi gözlənilir. Tətil həm məşğulluq, həm də inflyasiya risklərini yenidən alovlandıra bilər.
Tətildən əvvəl fəhlələr və işəgötürənlər həmkarlar ittifaqları arasında danışıqlar aparılırdı.
İşəgötürən tərəf maaşın 50 faiz artırılmasını təklif edib. İşçilər tərəfi bu təklifi rədd edib.
Dokerlər həmkarlar ittifaqı daha ədalətli müqavilə tələb edir.
Günel Məlikzadə