-
- 1-10-2024, 20:44
- 190
2 milyon ev və iş yeri işıqsız qaldı
ABŞ-ın Florida əyalətində 4-cü kateqoriya səviyyəsində Corciya, Virciniya, Tennessi, Cənubi Karolina və Şimali Karolina ştatlarına təsir edən Helene qasırğasında ölənlərin sayı artmaqdadır.
News24.az xəbər verir ki, səlahiyyətlilərin verdiyi açıqlamalara görə, qasırğada ölənlərin ümumi sayı 133-ə yüksəlib.
Qasırğadan ən çox zərər çəkən Şimali Karolina ştatında azı 40 nəfər ölüb.
Şimali Karolina qubernatoru Roy Kuper qasırğanın ştata təsirinin "tamamilə fəlakətli" olduğunu deyib. ABŞ prezidenti Co Bayden sabah ştata səfər edəcəyini açıqlayıb.
Bildirilib ki, qasırğa səbəbindən təxminən 2 milyon ev və iş yeri hələ də işıqsız qalıb.
AccuWeather hava xidmətinin məlumatına görə, qasırğanın vurduğu dağıntıların 145-160 milyard dollar arasında olduğu təxmin edilir.
Günel Məlikzadə