Tornado və qasırğalar: Ölənlər var
    • 28-05-2024, 09:04
    • 195

Tornado və qasırğalar: Ölənlər var

Təxminən 2 gündür ABŞ-ın müxtəlif bölgələrində təsirli olan tornado və qasırğaların qurbanları ağırlaşıb.

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, güclü külək nəticəsində baş verən qəzalarda həyatını itirənlərin sayı ən azı 23 nəfərə çatıb. Texasda 7, Oklahomada 2, Arkanzasda 8, Kentukkidə 5 və Alabamada 1 nəfərin öldüyü təsbit edilərkən, ölkə daxilində davam edən elektrik kəsilməsindən ən az 400 min adamın təsirləndiyi bildirilib.

Milli Hava Xidməti (NWS) Vaşinqton, Şimali Karolina, Virciniya və Merilend ştatlarında yaşayan təxminən 16 milyon insan üçün "tornado izləmə xəbərdarlığı" yayıb və sakinləri mümkün risklərə qarşı diqqətli olmağa çağırıb.

Bundan əlavə, Nyu York, Pensilvaniya və Nyu Cersidə yaşayan təxminən 30 milyon insan üçün "fırtına xəbərdarlığı" verilib.

Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin tornado və qasırğalardan zərər çəkmiş bəzi ştatların qubernatorları ilə telefon danışığı apardığı bildirilib.

Bildirilib ki, Bayden Oklahoma qubernatoru Kevin Stitt, Arkanzas qubernatoru Sarah Hukabi Sanders və Texas qubernatoru Qreq Abbottla danışıb, başsağlığı verib və lazım gələrsə, hökumətin fəlakət bölgələrinə federal dəstək göstərəcəyini bildirib.

Ayova ştatında baş verən qasırğanın geridə qoyduğu izlər Amerika texnologiya şirkəti Maxar-ın peyk görüntülərində əks olunub.


Günel Məlikzadə