"Green Card" müraciətləri nə vaxt başlayır?
    • Dünən, 22:25
    • 60

"Green Card" müraciətləri nə vaxt başlayır?

2024 "Green Card" müraciət tarixləri açıqlanıb.

News24.az xəbər verir ki, ABŞ-da yaşamaq və işləmək hüququ qazanmaq istəyən minlərlə insan "Green Card" müraciətlərinin başlama tarixi ilə bağlı təfərrüatları maraqlandırır. 

Bu il "Green Card" müraciətləri 2 oktyabr çərşənbə günü saat 20.00-da başlayacaq. Son müraciət 5 Noyabr 2024 Çərşənbə axşamı, saat 21:00-a qədər edilə bilər.

Qeydiyyat müddətində bir şəxs üçün birdən çox ərizə təqdim etmək həmin şəxsin bütün ərizələrini etibarsız hesab edir.

Green Card lotereyasına müraciətlər pulsuz edilir. Bu səbəbdən, DV Lotereyasının rəsmi saytından (http://dvprogram.state.gov) rəsmi quruma ehtiyac olmadan "Green Card" üçün müraciət edə bilərsiniz.

Qeyd edək ki, "Green Card" üçün müraciət edən şəxslər ərizə formasını tam və səhvsiz daxil etməlidirlər.

Günel Məlikzadə