-
- 1-10-2024, 17:26
- 379
Bu qışın əvəzolunmazı olacaq - öskürək, bəlğəm...
Havalar soyuduqca dövri xəstəliklər yenidən özünü göstərməyə başlayıb. Üst tənəffüs yollarını təsir edən dövri xəstəliklərin yan təsiri olan öskürək, bəlğəm və burun axması kimi əlamətlərlə bağlı şikayətlər də yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, bəlğəmdən qurtulmağın hiyləsi budur:
Bəlğəmdən xilas olmaq üçün təbii yolla hazırlanmış doşabı qara bibərlə qarışdıra bilərsiniz. Qara bibər və doşab kimi iki sağlam qidanın birlikdə istehlakı həm bəlğəmdən qurtulmanıza kömək edir, həm də immuniteti gücləndirir.
Bu qarışım qan azlığına qarşı da təbii köməkçidir.
Bu qarışımdan faydalanmaq üçün 1 qaşıq doşabı kiçik çimdik qara bibərlə qarışdırıb hər gün içə bilərsiniz. İstəyirsinizsə, qarışımı birbaşa doşab butulkasında hazırlayıb qara bibər əlavə edə bilərsiniz.
Məryəm İlhamqızı