-
- 8-02-2024, 22:17
- 357
Öskürəyi və bəlğəmi tez vaxtda aradan qaldıran təbii vasitə hansıdır?
Qış aylarında xəstəliklərin yan təsirləri kimi ortaya çıxan öskürək, bəlğəm kimi şikayətlər bəzən xəstəlikdən sağaldıqdan sonra da davam edir.
News24.az xəbər verir ki, Türkiyəli mütəxəssislər bunun təbii yolla müalicəsi haqqında danışıblar.
Onların sözlərinə görə, bu təbii dərman vasitəsi vəzəri ilə hazırlanır.
Bunun üçün əvvəlcə yarım litr su qaynadılır, sonra içinə 15-16 ədəd vəzəri ataraq 3 dəqiqə vam odda dəmlənir. Ardınca su süzülür və acqarına içilir.
Mütəxəssislər bildiriblər ki, qarışıq mütəmadi olaraq beş gün içilsə, öskürək və bəlğəmdən rahatlıqla xilas olmaq mümkündür.
Onu da qeyd edək ki, vəzəri yeyildikdə baş ağrısını kəsir, bağırsaq parazitlərini tökür. Təpitməsi başa qoyulduqda saçın tökülməsinin qarşısını alır. Toxumu, duz və sudan ibarət təpitməsi çiban üzərinə qoyduqda xəstəliyi sağaldır.