Avtobus ilə toqquşan traktor ikiyə bölündü
    • Bu gün, 18:48
    • 63

Avtobus ilə toqquşan traktor ikiyə bölündü

Malatyada sərnişin avtobusu ilə traktor toqquşub.

News24.az xəbər verir ki, qəza günorta saatlarında Akçadağ Həbsxanası yaxınlığında baş verib. 

Qəzada traktor sürücüsü və avtobusun sərnişinləri yaralanıb.

Xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib. Hadisə yerində ilkin tibbi yardım alan yaralılar təcili yardımla Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. 

Müalicə altına alınan yaralılar arasında traktorçu İhsan İriağaç həkimlərin bütün səylərinə baxmayaraq xilas ola bilməyib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı