Məşhur reper 9 və 15 yaşlı oğlanların BAŞINA OYUN AÇDI - TƏFƏRRÜAT
    • 2-10-2024, 15:55
    • 409

Məşhur reper 9 və 15 yaşlı oğlanların BAŞINA OYUN AÇDI - TƏFƏRRÜAT

İnsan alveri və təcavüzdə günahlandırılan P.Diddy ləqəbli məşhur reper Şon Kombsa qarşı 120 nəfər ittiham irəli sürülüb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətlər baş verən zaman onlardan 25-i azyaşlı olub. Zərərçəkənlərdən ən kiçiyi 9 yaşlı oğlandır.

60 kişi və 60 qadın reperi cinsi təcavüzdə ittiham edir. Bu barədə zərərçəkmişləri təmsil edən vəkil Toni Bazbi bildirib. 

Zorakılıq hadisələri 1991-ci ildən sonrakı dövrü əhatə edir. Vəkil qeyd edib ki, zərərçəkənlər musiqi və televiziyada karyera qurmaq istəyiblər. Kömək üçün isə reperə müraciət ediblər. Bazbi bildirib ki, reperin ən gənc qurbanı Nyu-Yorkda “Bad Boy Records”-a dinləmə üçün gəldiyi zaman Diddy və başqaları tərəfindən zorakılığa məruz qalan 9 yaşlı uşaq olub. 

Digər yeniyetmənin isə 15 yaşı olub. Onu studiyaya valideynsiz gələcəyi təqdirdə qəbul edəcəklərini bildiriblər. 

Zərərçəkənlər qeyd edib ki, naməlum maddə qatılan içki verilib. İçki təsirini göstərdikdən sonra cinayətkarlar növbə ilə həmin azyaşlı və yeniyetməyə təcavüz edib. Digər şəxslər isə baş verənləri kənardan izləyiblər. 

Qeyd edək ki, P Diddy sentyabrın 17-də Nyu-Yorkda həbs edilib. O, insan alveri, seksual xarakterli zorakılıq və reketlikdə şübhəli bilinir. 

Teymur Məmmədov