-
- 2-10-2024, 22:04
- 230
Trampın iki tonluq heykəli yoxa çıxdı
ABŞ-da seçkilərdə keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampın lüt halda təsvir olunduğu heykəl yoxa çıxıb.
News24.az xəbər verir ki, sentyabrın 28-də Las-Veqasın şimalında nümayiş etdirilən heykəl dəmir-beton dəmir üzərində köpükdən hazırlanıb, uzunluğu 13 metr, çəkisi isə 2 ton olub.
"Əyri və ədəbsiz" adlanan heykəlin ölkəni gəzəcək bir tur layihəsinin bir hissəsi olduğu deyilirdi. Lakin heykəlin qoyulduğu yerdə olmadığı öyrənilib.
Onun qastrol səfərinə və ya başqa səbəblərə görə uzaqlaşdırıldığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sərginin təşkilatçıları bildiriblər ki, heykəl “siyasi xadimlərin şəffaflığı, kövrəkliyi və ictimai şəxsiyyəti haqqında cəsarətli bəyanat vermək” üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu, amerikalıların Respublikaçılar Partiyasından prezidentliyə namizədin çılpaq heykəlləri ilə ilk dəfə qarşılaşması deyil. 2016-cı ildə Nyu York, San Fransisko, Los-Anceles, Klivlend və Sietldə 5 çılpaq Tramp heykəli peyda olub.
Günel Məlikzadə