-
- 30-09-2024, 12:13
- 215
Trampı qəzəbləndirən heykəl: Bütün ABŞ-ı gəzəcək - FOTO
ABŞ-da prezident seçkilərinə təqribən bir ay qalıb və seçki yarışı qızışmağa davam edir.
News24.az xəbər verir ki, Las-Veqasda tikilən yeni heykəl müzakirələrə səbəb olub. Donald Trampın çılpaq şəkildə təsvir olunduğu heykəl keçmiş prezidenti qəzəbləndirib.
Bildirilib ki, dəmir-beton üzərində köpükdən hazırlanan, uzunluğu 13 metr, çəkisi 2 ton olan heykəl “Əyri və Ədəbsiz” adlı sərgi çərçivəsində bütün ABŞ-ı gəzəcək.
Sərginin təşkilatçılarının fikrincə, heykəl “şəffaflıq, zəiflik və siyasi xadimlərin ictimai şəxsiyyəti haqqında cəsarətli bəyanat vermək məqsədi daşıyır”.
Günel Məlikzadə