Prezident general-mayoru rütbəsindən məhrum etdi - FOTO
    • 2-10-2024, 16:43
    • 501

Prezident general-mayoru rütbəsindən məhrum etdi - FOTO

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.