Orxan Camalı dəfn edə bilmirlər - SƏBƏBİ

Orxan Camalı dəfn edə bilmirlər - SƏBƏBİ Siyasət
Mərkəzi Afrika Respublikasında öldürülmüş rusiyalı jurnalist Orxan Camalı dəfni gecikir.

Bunun səbəbi isə Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir.

Bu haqda Orxanın jurnalist dostu Maksim Şevçenko “Facebook” səhifəsində yazıb. O bildirib ki, yekun rəy olmadan dəfn gerçəkləşə bilməz.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib: 

“Düşünürəm ki, yekun rəy yük təyyarəsində itirilib. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpa etməyə çalışır”.