-
- 2-10-2024, 17:49
- 166
Tanınmış jurnalist həbs olundu
Kambocanın kiberfırıldaqçılığı və insan alveri problemlərindən xəbər verən jurnalist Meç Dara ictimai asayişi pozmaq ittihamı ilə həbs edilib.
News24.az "Cebheinfo.az"-a istinadla xəbər verir ki, “BBC” üçün xəbər hazırlayan Daraya sosial media paylaşımı ilə bağlı 5 ittiham irəli sürülüb.
Qeyd edək ki, keçən il ABŞ dövlət katibi Entoni Blinken onu Kambocada yerləşən kiberfırıldaqçılıq əməliyyatlarını ifşa edən işinə görə təltif edib.
Hüquq təşkilatları Daranın həbsinə reaksiya verərkən, ABŞ-nin Kambocadakı səfirliyi bu xəbərdən "dərin narahat olduğunu" bildirib.
O, Kambocanın cənub-qərbindəki Koh Konq və Sihanouk əyaləti sərhəddində avtomobil yollarının ödəniş məntəqəsində saxlanılıb.
Daranın qohumu bildirib ki, onlar ödəniş məntəqəsindən keçmək üçün gözləyən zaman hərbi polis maşını və daha beş maşın onlara yaxınlaşıb.
Daranı saxladıqları zaman birinin “onu tutduq” dediyini deyən qohumu Daranın ailəsinə onu apararkən narahat olmamağı dediyini bildirib.