-
- 3-10-2024, 11:00
- 214
Milyarderin Rusiyadakı əmlakına həbs qoyuldu
Ukraynalı milyarder Aleksandr Gereqanın Rusiyadakı əmlakına həbs qoyulub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” iş materiallarına istinadən məlumat yayıb.
Bildirilir ki, mülk aprel ayında geri götürülüb.
Aleksandr Gereqa Ukrayna Ali Radasının deputatıdır. O, “Epicenter” mağazalar şəbəkəsinin və “Novaya Line” tikinti hipermarketləri şəbəkəsinin təsisçisi və həmsahibidir.
Gereqa 2021-ci ildə “Forbes Ukraine” tərəfindən dərc edilən ölkənin ən zəngin adamları siyahısına daxil edilib. 2018-ci ildən o, Rusiya sanksiyaları altındadır.