Ermənistanda sabiq deputatın əmlakına həbs qoyulması tələb edilib
    • 2-12-2023, 14:12
    • 173

Ermənistanda sabiq deputatın əmlakına həbs qoyulması tələb edilib


Ermənistan Baş Prokurorluğu sabiq deputat Aleksandr Petrosyanın əmlakına həbs qoyulmasını tələb edib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Prokurorluq sabiq deputat və biznesmen, “MAP Company” şərab və konyak zavodunun sahibi Aleksan Petrosyanın əmlakının müsadirə edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bildirilir ki, sabiq deputat Armavir şəhərində istehsalat sexini, Artamet kəndində iki torpaq sahəsini, Talvorik kəndində dörd torpaq sahəsini, Lenuxi kəndində iki torpaq sahəsini, “MAP Company” şirkətinin 60,9 faiz səhmlərini qeyri-qanuni yollarla əldə edib.

Bundan əlavə 1,3 milyard dram (təxminən 3,2 milyon dollar) vəsaitin qeyri-qanuni mülkiyyətin istifadəsindən əldə edilən gəlir kimi müsadirə edilməsi tələb olunur.