8 saata 6 plastik əməliyyat etdirən QADIN ÖLDÜ
    • 3-10-2024, 11:55
    • 310

8 saata 6 plastik əməliyyat etdirən QADIN ÖLDÜ

Braziliyada 24 yaşlı qadın internetdə tanış olduğu cərrahın 8 saatlıq estetik əməliyyatından sonra dünyasını dəyişib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sinə kiçiltmə, liposaksiya və piy transferini əhatə edən əməliyyatdan sonra Viviane Lira Monte adlı qadının səhhəti pisləşib. 

O, qarın infeksiyası və ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.  V.L.Monte 22 gün sonra xəstəxanada dünyasını dəyişib. 

Polis ölümlə bağlı araşdırma aparır. 

Teymur Məmmədov