Son günlər “BakıKart”ın onlayn ödəməsində problem yaşanır. Vətəndaşlar proqramdan istifadə edə bilmir, həmçinin bakikart.az saytına da giriş mümkün olmur.
Nəticədə paytaxt sakinləri ödəmə terminallarından istifadəyə məcbur qalırlar.
Terminal olmayan dayanacaqlarda isə sakinlər çətinliklə qarşılaşırlar.
Bəs bu problem nə zaman həll olunacaq?
News24.az bildirir ki, məsələ ilə bağlı bakupost.az AYNA ilə əlaqə saxlayıb.
Qurumdan saytımıza ““BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, deyə bildirildi.