-
- 3-10-2024, 18:10
- 415
Qaynadılmış kartofu asanlıqla soymağın YOLLARI
Qaynadılmış kartofun qabığını soymaq üçün bir müddət isti kartofla məşğul olmaq lazım ola bilər. Bu mübarizəyə kartofun hərarəti əlavə olunduqda əlimiz yanır və kartofun qabığı yarı soyulur.
News24.az xəbər verir ki, bəzi təbii üsullardan istifadə bu problemi həll etməyə kömək edir.
Kartof soymağın təbii üsulları aşağıdakılardır:
Buzlu suda islatma: Qaynadılmış kartofun qabıqlarını saniyələr ərzində soymaq üçün buzlu su üsulundan kömək ala bilərsiniz. Əvvəlcə bir qaba su qoyun və buzla doldurun. Sonra kartofu buzlu suya qoyun və təxminən 5 saniyə saxlayın. Sonra kartofun qabığını asanlıqla soya biləcəyinizi görəcəksiniz.
Cızaraq soyudun: Kartofları qaynadıqdan sonra suda soyudun. Kartoflar tam soyumazdan əvvəl onları çıxarın, ortasına şaquli cızıq atın və yenidən soyumağa qoyun. Sonra kartofun qabığını soymaq istəyəndə asanlıqla soyulduğunu görəcəksiniz.
Duz: Soyulmuş kartofları qaynadarkən qazana duz əlavə edə bilərsiniz. Duz, bişdikdən sonra kartof qabığını soymağı asanlaşdıracaq.
Məryəm İlhamqızı