Yerkökü saxlayarkən BUNU ETMƏLİSİNİZ!
    • 29-07-2024, 15:12
    • 454

Yerkökü saxlayarkən BUNU ETMƏLİSİNİZ!

Yerkökü A vitamini ilə zəngin bir tərəvəzdir. 

News24.az xəbər verir ki, göz sağlamlığına müsbət təsirləri ilə tanınan yerkökü immunitet sistemini gücləndirməyə də kömək edir. 

Yerkökündən faydalanmaq üçün onu düzgün saxlamaq lazımdır. Ərzaq mağazalarından alınan bu tərəvəz düzgün saxlanmadıqda sağlam quruluşunu itirir.

Uzun müddət saxlanılan və ya səhv saxlanılan yerkökü yumşalmağa başlayır. 

Yumşaq kökləri yenidən sərtləşdirmək üçün təbii üsullardan kömək ala bilərsiniz.

Onları əvvəlki formasına qaytarmaq üçün əvvəlcə qabı buzlu su ilə doldurun. Sonra bu qabın içinə yumşaldılmış yerkökü qoyun və üzərini örtün. Təxminən 30 dəqiqə buzlu suda isladılmış yerkökünü çıxardıqda onların xırtıldadığını asanlıqla görə bilərsiniz.

Məryəm İlhamqızı