Qadınlar müvəqqəti nikah üçün 500 dollar alırlar: Yeni sxemin təfərrüatları
    • 4-10-2024, 20:13
    • 393

Qadınlar müvəqqəti nikah üçün 500 dollar alırlar: Yeni sxemin təfərrüatları

İndoneziya kəndlərindən olan gənc qadınlar səxavətli “başlıq pulu” müqabilində xarici turistlərin müvəqqəti həyat yoldaşına çevrilirlər.

News24.az Sfera.az-a istinadla bildirir ki, namizədlər yerli qadınlarla münasibətləri qanuniləşdirməyə kömək edən agentliklər vasitəsilə tanış olur. Bir müddət sonra boşanma üçün ərizə verirlər.

Bu təcrübə qanunla tanınmır, çünki nikahın əsas məqsədi, sabit və uzunmüddətli ailə münasibətləri yaratmaqdan ibarətdir.

Hər iki tərəf tez bir zamanda qeyri-rəsmi toy mərasimi keçirir, bundan sonra qadın “başlıq” alır və bunun müqabilində ev işlərini yerinə yetirməyi və “müvəqqəti sevgilisi” ilə yatağı bölüşməyi öhdəsinə götürür. Ər səfərini başa vurub ölkədən gedəndə nikah dərhal pozulur.

Bu cür "zövqlü evliliklər" İndoneziyanın Puncak bölgəsində turizmi və regional iqtisadiyyatı gücləndirən nəhəng bir sənayedir.

Adı Kahaya olan qadın öz təcrübəsini KİV jurnalistləri ilə bölüşüb. Məlum olub ki, o, 15 dəfədən çox - əsasən Yaxın Şərqdən gələn turistlərlə evlənib.

Peşəkar gəlinin ilk seçimi Səudiyyə Ərəbistanından olan 50 yaşlı turist olub. O, "başlıq" üçün 850 dolları ödəyib, lakin evliliyi təşkil edən agentə faiz ödədikdən sonra qadına məbləğin sadəcə yarısı qalıb. Toydan beş gün sonra "bəy" evə uçub və cütlük boşanmaq üçün ərizə verib.

Kahaya deyir ki, o, hər evlilikdən orta hesabla 300-500 dollar qazanır və bu pulu kirayəyı, xəstə nənə və babalarına baxmağa xərcləyir.

Amma adı Nisə olan başqa bir qadın ən azı 20 dəfə ailə qursa da, bu nataraz işdən vaxtında ayrılmağı bacarıb.

Yeri gəlmişkən, bu təcrübə İndoneziya qanunları tərəfindən tanınmır, çünki bu, sabit, uzunmüddətli ailə münasibətləri yaratmaq olan nikahın əsas məqsədinə ziddir. Nikah qanunlarının pozulması təkcə cərimələrə deyil, həm də həbsə səbəb ola bilər.