-
- 20-09-2024, 20:15
- 420
Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA
Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.
News24.az sfera.az-a istinadla bildirir ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb. Lakin sonrakı illərdə bu yaş həddini ötməyib. Amma 2023-cü ildə nikaha daxilolma yaşı 30,2-yə yüksəlib.
Kişilər 2010-cu illə müqayisədə ötən il 2,3 il gec nikaha daxil olublar. Qadınların nikaha daxilolma yaşında rekord təkrarlanıb. Ötən il qadınlar 25,2 yaşında nikaha daxil olub ki, bu da 2020-ci ildə qeydə alınan nəticənin eynisidir.
Statistika göstərir ki, kişilərin ilk dəfə nikaha daxilolma yaşında da artım müşahidə olunur. Birinci dəfə nikah bağlayan kişilərin orta yaşı 28,7-yə yüksəlib. İlk dəfə nikah bağlayan qadınların isə yaş həddi 24,2 olub. Qadınlarda bu yaş həddi bir neçə ildir ki, sabitdir.
Nikaha daxil olan kişilərin yaş həddinin yüksəlməsi, həmçinin nikah bağlayanların sayının azalması hesabına yeni ailə həyatı quranlar arasında gənclərin payı azalmaqdadır. 2016-cı ildə bütün nikaha girənlərin 71 faizini gənc kişilər, 86 faizini gənc qadınlar təşkil edirdisə, 2023-cü ildə bu göstərici kişilərdə 59 faizə, qadınlarda 80,6 faizə düşüb.