-
- 4-10-2024, 12:34
- 522
İsrailin hədəf aldığı ad: Haşim Seyfəddin kimdir?
“Hizbullah” lideri Həsən Nəsrullahın Beyrut ətrafında İsrail hava hücumu nəticəsində öldürülməsi diqqətləri onun varisi kimi görünən Haşim Seyfəddinə yönəldib.
News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail Ordusu növbəti dəfə Livanın paytaxtı Beyrutu hədəfə alıb. Beyrutun cənubunda bir-birinin ardınca partlayış səsləri eşidilib.
İsrail mediası hücumda Hizbullahın yüksək səviyyəli rəsmisi Haşim Seyfəddinin hədəf alındığını iddia edib. Seyfəddin öldürülən Hizbullah lideri Həsən Nəsrullahın varisi kimi görünür.
Seyid Haşim Seyfəddin kimdir?
Hizbullahın iki nömrəsi kimi göstərilən Seyid Haşim Seyfəddin 1964-cü ildə Cənubi Livanın Sur şəhəri yaxınlığındakı bir kənddə anadan olub.
O, Nəsrullahın əmisi oğludur. Seyyid Haşim Seyfəddin Qum İlahiyyat Məktəbində təhsil alıb. 1994-cü ildə Nəsrullahın çağırışı ilə Qumdan Beyruta qayıtdı və Hizbullahın İcraiyyə Şurasının sədri təyin edilib. Liderlik təhsili alan Seyfəddinin İranla yaxın əlaqələri var.
Nəsrullah Hizbullah daxilində strateji qərarlar qəbul edərkən, Seyfəddin gündəlik əməliyyatları və maliyyə işlərini idarə edib. Haşim Seyfəddin Hizbullahın yüksək rütbəli üzvlərinin dəfn mərasimləri də daxil olmaqla, ictimai tədbirlərdə Nəsrullahı təmsil edib. O, 2017-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən terrorçu elan edilib. Həmin il ABŞ və bəzi ərəb ölkələri tərəfindən sanksiyalara məruz qalıb. Onun qardaşı Abdulla Seyfəddin də Hizbullahın Tehrandakı nümayəndəsi vəzifəsini icra edir. Seyfəddin həm də 2020-ci ildə öldürülən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin nəvəsidir. 2020-ci ildə oğlu Rida eyni il Bağdadda ABŞ-ın hava hücumunda öldürülən Süleymaninin qızı ilə evlənib.
Haşim Seyfəddinin Hizbullahın şura şurasının üzvü olan altı din xadimindən biri olduğu da bildirilir.
Günel Məlikzadə