Ceyhun Qasımov həlak oldu - FOTOlar
    • 4-10-2024, 14:23
    • 9 270

Ceyhun Qasımov həlak oldu - FOTOlar

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib. 

Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə azərbaycanlı həlak olub./Qafqazinfo