Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
    • 4-10-2024, 23:27
    • 413

Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq

Merilend Universitetinin tədqiqatçıları Yer kürəsinin tarixinin yenidən yazılmasına səbəb ola biləcək Sakit okeanın altında itmiş qədim dəniz dibinə dair dəlillər aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Elm adamları təxminən 250 milyon il əvvəl qoparaq okeanın dərinliklərinə sürüşən nəhəng tektonik plitənin bir hissəsi olan qədim dəniz dibinin qalıqlarını tapıblar. Strukturun xəritəsini hazırlayan alimlər onun ətraf ərazilərdən qeyri-adi dərəcədə qalın və soyuq olduğunu müəyyən ediblər.

Qədim dəniz dibi Yerin daxili ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuyur və milyonlarla il ərzində planetin səthinin necə dəyişdiyinə dair yeni fikirlər yaradır.

Tədqiqatın əsas tapıntılarından biri okean plitələrinin Yerin mantiyasına batdığı vaxt nə baş verdiyinə dair mövcud olan fikirləri çətinləşdirir. Alimlər mantiya keçid zonasında yuxarı mantiya ilə aşağı mantiyanı ayıran 19.3 km qalınlığında və 1931 km uzunluğunda hissə aşkar ediblər.

Subduksiya tez-tez vulkan püskürmələri, zəlzələlər və dərin dəniz xəndəkləri kimi görünən hərəkət izləri buraxır. Amma bu fikri rədd edən tədqiqat müəllifləri deyirlər ki, adətən Yer okean plitələrini tamamilə udur və səthdə heç bir nəzərəçarpan iz qoymur.

Tədqiqatçılar müəyyən ediblər ki, Yer qabığındakı materiallar əvvəllər düşünüldüyündən çox yavaş hərəkət edir. Kəşf edilən ərazinin qeyri-adi qalınlığı mantiya keçid zonasının bu hissəsində soyuducu materialın olduğu və bəzi okean plitələrinin mantiyaya batdığı vaxt qismən basdırıldığını göstərir.

“Bu bölgədəki materialın gözlədiyimizdən təxminən iki dəfə tez düşdüyünü aşkar etdik və mantiya keçid zonasının bir maneəyə çevrilə və materialın Yer boyunca hərəkətini ləngidə biləcəyini düşünürük”, - elm adamları deyirlər.

Beləliklə, bu tədqiqat göstərir ki, qədim subduksiya plitələrinin Yerin qabığının dərinliklərində qalması və mantiya strukturlarına yüz milyonlarla il təsir göstərməsi mümkündür. Yeni kəşf alimləri plitələrin tektonikası modellərinə yenidən baxmağa və geoloji dövrlər ərzində Yerin səthinin necə dəyişdiyini daha dəqiq başa düşməyə məcbur edə bilər.