Bekhemlərin 60 milyonluq malikanələri
    • Dünən, 23:43
    • 87

Bekhemlərin 60 milyonluq malikanələri

Dünya şöhrətli Devid və Viktoriya Bekhem cütlüyü Mayamidə 60 milyon funt-sterlinqə (təxminən 133 milyon manat) dəbdəbəli malikanə alıb.

News24.az OLAY-a istinadla yazır ki, Böyük Britaniyada yaşayan Bekhemlərin sahibləndiyi lüks villa Atlantik okeanı sahilində yerləşir.

“Daily Mail” nəşri sözügedən malikanənin fotolarını dərc ediblər.

Məlumdur ki, evdə doqquz yataq otağı, dörd vanna otağı, aşpaz mətbəxi, şəxsi kinoteatr, spa, hovuz və idman zalı var.

Villanın yerləşdiyi ərazidə həmçinin yay mətbəxi, damda qonaq otağı (ehtimal ki, yay otağı) və Biskeyn körfəzinə baxan 124 metrlik fasad var.