"Yuventus" yüksək maaşa görə bu futbolçunu klubdan qovur
    • Bu gün, 10:28
    • 60

"Yuventus" yüksək maaşa görə bu futbolçunu klubdan qovur

"Yuventus" yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək niyyətindədir.

News24.az Lent.az-a istinadla bildirir ki, bu qərara səbəb futbolçunun yüksək maaş almasıdır. 2026-cı ilin yayına qədər olan müqaviləyə əsasən, fransalı hər mövsüm üçün 8 milyon avro alır.

Oktyabrın 4-də bildirilib ki, İdman Arbitraj Məhkəməsi Poqbanın cəzasını 4 ildən 18 aya endirib.

Qeyd edək ki, bu il fevralın 29-da 31 yaşlı fransalı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.