-
- 19-06-2019, 21:10
- 1 171
“O zaman başa düşdüm ki, uğursuz aparıcıyam...” AzTV-nin bədii rəhbəri Ranar Musayev- İlk dəfə -VİDEO
Bu dəfə onun özünü “5-ci element” kimi sorğuya çəkdik. AzTV-nin bədii rəhbəri, rejissor və aparıcı Ranar Musayevi. Yaradıcı axtarışlarını, fərqli yönətimini özü ilə AzTV-yə də gətirib. Burdakı yekrəngliyi pozmağa çan atır. Hərçənd aparıcılığından narazıdır. Çünki qol qoyduğu hər işə rejissor gözüylə baxır. Ərsəyə gətirdiyi hər layihəni ilk olaraq yönətmən kimi görür.
Ranar Musayev News24.az-a danışır:
- Bir neçə müddətdir Azərbaycan Dövlət Televiziyasında bədii rəhbər vəzifəsini icra edirsiniz. Dövlət Televiziyasında çalışmaq necədir?
- Bu, mənim üçün yeni bir təcrübə oldu. Baxmayaraq ki, 20 ilə yaxındır televiziya sahəsindəyəm, amma AzTV mənim üçün tam yeni bir təcrübə oldu. Yəni bütün digər işlərimdən çox fərqlənir.
- Bu fərqlilik dövlət televiziyası olmasından irəli gəlir?
- Sözlə ifadə etmək bir az çətindir. Amma digər işlədiyim yerlərdən çox fərqlidir.
“Gənclərə yol açılmasının tərəfdarı deyiləm, çünki..."
- AzTV-də yeni təyinatlar olduqdan sonra çoxsaylı dəyişikliklər hiss olunur...
- Əlbəttə ki, bütün dəyişikliklər mənimlə bağlı deyil. Kanala yeni rəhbər təyin olunduqdan sonra dəvət olundum. Amma bildiyiniz kimi burada tam yeni komanda deyil. Əvvəlki işçilərlə çalışırıq. Ümumiyyətlə söyləyirsiz ki, gənclərə yol açılır. Mən o qədər də bunun tərəfdarı deyiləm. Mən onun tərəfdarıyam ki, gənclərlə yaşlı nəsil birləşsinlər və o zaman yaxşı vəhdət təşkil olunacaq, yaxşı iş
alınacaq. Çünki yaşlı nəslin təcrübəsi, bilikləri, peşəkarlığı gənclərdə olmayacaq. Gənclərinsə özlərinə məxsus bilikləri var. Trendi, dəbi bilirlər, tamaşaçının nə istədiyini daha yaxşı duyurlar. Yəni ona görə, bu iki nəsil birləşəndən sonra daha yaxşı vəhdət alınır, daha peşəkar iş ortaya çıxır. Tək gənclər, və ya tək yaşlı nəsillə alınmayacaq. Uğur məhz bu birlikdir. Birlik olacaqsa, bütün detallar bir yerdə işləniləcəksə, hər kəs özünün bildiyini bir məhsul olaraq efirə çıxara biləcəksə, o zaman hər şey yaxşı alınacaq.
“Özəl televiziyada nəsə yaxşı bir şey eləmək böyük problemdir”
- Fikrimizcə, özəl telekanalda yenilik daha asan başa gəlir. Bəs, Dövlət Televiziyasında bu proses necə həyata keçirilir?
- Əslində, mən sizinlə razı deyiləm. Çünki özəl televiziyada nəsə yaxşı bir şey eləmək böyük bir problemdir. Nəyə görə? Çünki bu gün özəl televiziyaların hamısı reytinqdən asılıdır və reytinqə işləmək məcburiyyətindədirlər. Düzdür, mən özəl televiziyalarda da işləmişəm. Heç vaxt özümü bu reytinqə bağlamamışam və düşünmüşəm ki, mənim heç bir layihəm reytinqdən asılı olmayacaq. Vacib deyil, bu mənə gəlir gətirəcək, ya gətirməyəcək, amma mənim tamaşaçıların zövqünü korlamağa ixtiyarım yoxdur. Tamaşaçı istəmirsə, baxmasın, kanalı çevirsin. Televiziya yeni nəsillər yetişdirir. Vətəni sevən bir insan olaraq hesab edirəm ki, maddi marağı düşünüb tamaşaçının zövqünü korlamağa ixtiyarım yoxdur. Düşünməmişəm ki, layihəmin sponsoru olacaq, yaxud gəliri olacaq, yoxsa olmayacaq? Bu mənə nə verəcək? Hər zaman düşünmüşəm ki, tamaşaçıya mən nə məhsul təqdim edə bilərəm ki, onu geriyə yox, bir pillə də olsa, irəliyə doğru aparsın.
- Yəni, bu gün özəl televiziyalar gəlir və reytinq naminə hər şeyə əl ata bilərlər?
- Məcburdurlar. Nəyə görə? Çünki reytinq olmasa, gəlir olmayacaq. Gəlir olmasa, təbii ki, televiziya yaşaya bilməz. Amma bir məqam var, əgər bütün televiziya, özəl telekanallar öz aralarında bir-birilə danışsalar, hamısı efirə yüksək səviyyədə məhsul təqdim etsələr, tamaşaçı artıq məcbur olacaq o efirlərin arasından seçim eləsin. Və beləcə bu sahənin səviyyəsini qaldırmaq olar. Yoxsa, biri səviyyəni nə qədər qaldırsa da, digəri reytinq xatirinə ondan qat-qat aşağı iş ortaya çıxaracaq ki, gəlir əldə etsin. Ona görə, hesab edirəm ki, özəl televiziyalar arasında – “bayağı efir verməməliyik” kimi bir razılaşma olmalıdır.
“Görün, nə vəziyyətdədir ki, siz məni yaxşı aparıcı kimi qəbul edirsiniz...”
- Ranar Musayevin bədii rəhbər kimi - “heç zaman efirə buraxmaram”, “verilişə dəvət etmərəm” tipli siyahısı varmı? Yaxud kiminlə heç vaxt oturub söhbət eləməzsiniz?
- Birincisi, mən özümü o qədər də peşəkar aparıcı hesab etmirəm. Sadəcə, indiki durum elədir ki, siz mənə baxıb peşəkar aparıcı olduğumu düşünürsünüz. Yəqin ki, vəziyyət başqa cür olsaydı, siz düşünərdiniz ki, Ranar heç də yaxşı aparıcı deyil. Görün, nə vəziyyətdədir ki, siz məni yaxşı aparıcı kimi qəbul edirsiniz. Məcbursunuz, çünki başqa seçiminiz yoxdur.
“Rejissor Ranar televizora baxanda xəcalət çəkir”
- Deməli, Siz özünüzü pik nöqtədə görmürsünüz?
- Rejissor Ranar, aparıcı Ranarı əlbəttə ki, bəyənmir. Həmişə qınayır. O televizora baxanda xəcalət çəkir…
“Mən verilişdə olduğum kimi deyiləm”
- Səbəb nədir?
- Aparıcı Ranar Musayev fikrini istədiyi kimi ifadə edə bilmir. Verilişə o qədər hərtərəfli hazırlaşır ki, bir "relax" edib, rahat söhbət edə bilmir. Və rejissor Ranar, aparıcı Ranara mane olur. Çünki, o, hər zaman düşünür ki, kamera hardan çəkir, işıq hardan düşür, masada kimsə nəyisə unudubmu… Ona görə rahat ola bilmir. Beynində montaj edir ki, çəkiliş düzgünmü gedir?! Bunları düşünəndə artıq o, istədiyi sualları verə bilmir. Düşüncələrini tamaşaçılara tam çatdıra bilmir. Bir məqam var ki, mən verilişdə olduğum kimi deyiləm. Orda bəlli bir obraz var və mən onu yerinə yetirirəm.
“O verilişdən sonra məni sevənlər də tapıldı”
Məsələn, tamaşaçılar məni daha çox "Maşın Şou"da tanıdılar. O verilişdən sonra məni sevənlər də tapıldı. Çünki, əvvəllər məni başqa cür tanıyırdılar. Deyirdilər yekəxanadər, özündən razıdır. Halbuki məni yaxından tanıyanlar bilir ki, mən necəyəm. Sadəcə, verilişdə obraz belədır. Hətta indi sizə müsahibə verəndə də elə bilirəm obrazdayam. Qəribədir, nədənsə rahat ola bilmirəm. Özümü sıxmıram, sadəcə, mənə elə gəlir ki, kamera yanan kimi "5-ci element"dəyəm və mütləq həmin obraza girməliyəm.
- Yəni, həyatınız "5-ci element"lə bağlıdır?
- Yəqin ki... Əslində, həyatım işimə bağlıdır. Amma daha çox rejissor işimdən söhbət gedir. Sadəcə, kamera qarşısında olanda, özümü "5-ci element"dəki aparıcı kimi hiss edirəm. Kamera arxasında isə tamamilə başqa insanam.
- "5-ci element" demişkən, 4 aparıcı arasında qalmaqallar çox olur?
- Yenə də deyirəm, həmin o rejissor nəinki Ranara, həm də digər aparıcılara maneə olur. Hər dəfə mən verilişi apararkən üstünlüyü öz üzərimə götürürəm. Çünki, mən o an özümü bir aparıcı kimi yox, rejissor kimi hiss edirəm. Hüsniyyəyə deyə bilərəm ki, məsələn, sən düzgün oturmamısan, Kamiləyə deyə bilərəm ki, sən düzgün baxmadın, o birinə deyə bilərəm ki, düzgün sual vermədin. Bu hallar onlarda qıcıq yarada bilər. Biz həm də yaxın dostuq. Qalmaqal deməzdim, amma böyük mübahisələrimiz, hətta davalarımız da olur, yalan deməyəcəyəm. Olub ki, bir-birimizi qırmışıq. Elə çəkilişimiz də olub ki, hərəmiz üzümüzü çevirib bir tərəfə getmişik, çəkiliş yarımçıq qalıb. Hətta elə olub ki, dördümüzdən biri çıxıb gedib, verilişi üçümüz davam eləmişik.
“Gah sığal çəkirəm, gah da sunami yaradıram…”
- Bəzən verilişdə üç aparıcı görürük. Buna səbəb dediyiniz həmin davalardır?
- Yox, bəzən olub ki, hansısa birimiz işlə bağlı xaricə getmişik və yaxud da çəkilişə çatmamışıq. Təsəvvür edin, 4 "akula" bir məkana düşüb. Təbii ki, dördünü birdən idarə etmək çox çətindir. Hərəmizin bir kaprizi var. Hərəmizin özümüzə görə obrazı var. Hüsniyə hava kimidir, onu tutmaq olmur. Gah soldadır, gah sağda. Özü də bunu deyir. Deyir ki, mən havadayam, harda tutdun-tutdun. Kamilə od kimidir. İstənilən an alışa bilır. Mən isə su kimiyəm. Gah sığal çəkirəm, gah da sunami yaradıram. Maliksə torpaqdır. Ümumiyyətlə, o, bizim üçüncü torpaq ünsürümüzdür. O, özü ilə verilişə sakitlik gətirib. Təbiətiylə daha çox konfliktləri söndürür. Əvvəlki aparıcıların vaxtında konfliktlər daha çox olurdu.
"40 dəqiqə mənə 40 illik dərs oldu"
- "5-ci element" üçün arzusunda olduğunuz qonaq varmı? Və kimdir?
- Bəli, var. Hətta neçə dəfə görüşmüşük, söhbət eləmişik. Onu gözləyirik. Elə insanlar olub ki, dəvət etməyə çatmamışıq, dünyasını dəyişib. Elələri də var ki, ümumiyyətlə efirə çıxmaq istəmir. Deyirlər, "5-ci element"ə baxırıq, əladır, amma efirə çıxmaq istəmirik. Bəziləri də var ki, istəməyiblər, amma son məqamda razılışıb efirə gəliblər. Onlardan biri Nadejda İsmayılova olub. Uşaqlıqdan onun pərəstişkarıydım. Biz qonaqları efirə dəvət edəndə, həmin adamı elə-belə söhbət üçün cağırmırıq. Mən o şəxsi uğurlu qonaq hesab edirəm ki, o, söhbətiylə tamaşaçıya bir dənə də olsa mesaj vermiş olsun. Ona görə də, qonaq dəvət edəndə çalışırıq elə insanları seçək ki, onlar ya tamaşaçının könlünü oxşasın, ya biliklərini bölüşə bilsin, ya da həyat dərsi versin. Yaşlı insanlar kimi danışdım deyəsən. Amma içimdə olan budur. Arzusunda olduğumuz "5-ci element" Şəfiqə Məmmədovadır. Əminəm ki, Şəfiqə xanım efirə çıxsa, böyük bir dərs vermiş olacaq. Onunla bir neçə dəfə görüşə getmişəm, telefonla danışmışam. Amma efirə çıxmaq istəmir. Mən onun kabinetində hardasa 40 dəqiqə vaxt keçirdim, inanın, bu 40 dəqiqə mənə 40 illik dərs oldu.
Orda "5-ci element"in aparıcısı kimi həm də çox təəccübləndim ki, Şəfiqə xanım bizim hər verilişimizi izləyir. Hətta o zaman Amerikada pasportumu itirmişdim, o detala qədər məlumatlıydı. Ağlıma gəlməzdi ki, o cür filmlərin baş qəhrəmanı məni izləyər. Deməyim odur ki, o sənətkar bizim verilişi sevir, bəyənir, amma efirə çıxmaq istəmir. Bununla yanaşı, məni bir o qədər də danladı, iradlarını bildirdi. Onun hər sözü mənə böyük dərs oldu. Mən o zaman başa düşdüm ki, uğursuz aparıcıyam. Öz üzərimdə nə qədər işləməliyəm ki, Şəfiqə xanım kimi şəxsiyyətlər məni bəyənsin.
- Azərbaycan Dövlət Televiziyasının bədii rəhbəri təyin olunandan sonra Sizə özəl televiziya kanallarında görünməmək şərti qoyuldumu?
-Ümumiyyətlə, bu, mənim xarakterimdən asılıdır. Çox sədaqətli insanam. Bir yerdən təklif aldımsa, digər yerlə sağollaşa bilmirəm. Ona görə ATV-də aparıcı olaraq qalmışam, AzTV-də isə bədii rəhbər vəzifəsində çalışıram. Bunun ikinci səbəbi isə dediyimiz kimi, dəyişməyimizdir. Bu gün Azəbaycan Dövlət Televiziyası da dəyişir. Daha "buranın aparıcısısansa, başqa kanalda qonaq ola bilməzsən" kimi şərtlər yoxdur. Yəni Azərbaycan Dövlət Televiziyasında işləyib də başqa kanalda qonaq ola bilərəm. Dəyişiklik dediyimiz də elə budur. Daha rahat, daha azad olmalıyıq. Özümüzü sıxıb-boğmaqla işlər irəliləməz. O əvvəllər idi, bu kanalda çalışırsansa başqa kanala çıxa bilməzsən. Nəyə görə? Düşmənik bəyəm? Nəticədə hamımız eyni mətləbə qulluq edirik.
- AzTV-də daha hansı dəyişikliklər etmək istəyirsiniz?
- Planlarımız çoxdur, amma mən heç vaxt planlar haqda danışmamışam. Məncə, danışmaqdansa göstərmək yaxşıdır. Yəni hansısa bir işi görməlisən ki, tamaşaçı baxıb rəyini desin. Amma belə əvvəldən söyləmək ki, planımızda o var, bu var, doğru olmaz. Əlbəttə ki planlar çoxdur.
- Beynəlxalq tədbirlərlə bağlı təcrübələriniz var. Gələcəkdə “Oscar”, “Kann” kimi mötəbər beynəlxalq tədbirləri Azərbaycan Televiziyasında canlı yayımlamağı düşünürsüzmü?
- Dediklərinizin hamısı, əlbəttə ki, böyük planlara daxildir. Amma o tədbirlərin yayımına hələ var. Hələlik daha çox kanalın dəst-xətti üzərində çalışırıq. Bəzi dəyişiklikləri reallaşdırmaq istəyirik, hazırda onların üzərində işləyirik. Yəni hamısını birdən eləmək mümkün deyil. Bura iki- üç ilin kanalı deyil ki, hər şeyi birdən dəyişəsən.
“Az.TV-nin rəhbəri başqası olsaydı, bu iş alınmazdı”
- AzTV-yə Rövşən Məmmədovun dəvəti ilə gəlmisiz. Bəs, Arif Alışanov Sizi dəvət etsəydi, buna razılıq verərdinizmi?
- Əlbəttə k,i hansısa bir dəvət alanda sənin rəhbərinin kim olması vacibdir. Mən kimin yanına gəldiyimi bilirdim və bu iş alındı. Başqası olsaydı, bəlkə də bu iş heç alınmazdı.
- Hansı durumda işdən uzaqlaşa bilərsiniz?
- Hiss etsəm ki, mənim işim lazımsızdır, həmin dəqiqə ordan uzaqlaşaram, Hələ ki, özümü lazım hiss edirəm və burdayam.
“Şəxsi həyatım AzTV-dir”
- Son olaraq, şəxsi həyatınızda nə var, nə yox?
-İndi şəxsi həyatım AzTV-dir. Ondan öncə bu, “5-ci element”, daha əvvəl “Fort Boyard”, ondan qabaq isə müxtəlif tədbirlər idi. Şəxsi həyat deyəndə başqa heç nə ağlıma gəlmir. Bir insanın ki, həyatı yalnız işdən ibarətdir, onun hansı şəxsi həyatı ola bilər?
Fərəh Şəms
Fərid Şabanov-VİDEO