-
- 2-05-2024, 21:31
- 317
Vitse-merin anasını baltalayıb öldürdülər
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Uray şəhərinin vitse-merinin anası qətlə yetirilib.
News24.az Lent.az-a istinadla bildirir ki, qadının sərxoş əri onu balta ilə döyərək öldürüb.
Məlumata görə, maliyyə rəhbərinin müavini Uray Novoselovanın anası əri tərəfindən balta ilə öldürülüb.
Qətl hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Hadisənin aprelin 25-də törədildiyi deyilir. İlkin məlumata görə, mübahisə zamanı kişi balta ilə arvadının başına və kürəyinə zərbələr endirib.
Bildirilir ki, ər-arvad sərxoş olublar. Təqsirkar qətli etiraf edib, o, saxlanılıb və cinayət işi açılıb.