Baş nazirdən daha çox maaş alan işçi istefa verdi
    • 6-10-2024, 22:58
    • 280

Baş nazirdən daha çox maaş alan işçi istefa verdi

  

Syu Qrey Böyük Britaniyanın Baş naziri Keyr Starmerin Aparat rəhbəri vəzifəsindən istefa verib.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Qreyi tanınmış siyasətçi Morqan Maksvini əvəz edəcək. Qrey isə hökumətdə baş nazirin regionlar və ölkələr üzrə nümayəndəsi kimi yeni vəzifə tutacaq.

Qeyd edək ki, Qreyin maaşının mətbuata sızdığı və onun baş nazirdən 3000 funt sterlinq daha çox maaş aldığı üzə çıxandan sonra qalmaqal yaranmışdı.