Silahlı hücum: 9 nəfər öldü
    • 7-10-2024, 07:59
    • 242

Silahlı hücum: 9 nəfər öldü

Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 6 yerli təhlükəsizlik qüvvəsi və 3 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb.

Nigeriyanın Katsina əyalətinin qubernatoru Dikko Umaru Radda hücumla bağlı verdiyi yazılı açıqlamada hadisəni pisləyib və bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Qeyd edək ki, Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də “Boko Haram” və ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, pul müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və pul tələb edirlər.

Teymur Məmmədov