-
- 7-06-2024, 22:20
- 412
Silahlı hücum: Ölənlər var
Nigeriyanın Zamfara və Katsina əyalətlərində baş verən silahlı hücumlarda 42 nəfərin həyatını itirdiyi bildirilib.
Nigeriyanın Zamfara əyalətinin polis komissarı Məhəmməd Şehu Dalican verdiyi açıqlamada, səhər tezdən əyalətin Zurmi bölgəsindəki Maqarya kəndinə motosikletli təxminən 300 silahlı dəstə üzvünün gələrək atəş açdığını bildirib.
News24.az xəbər verir ki, hücumda 7-si polis olmaqla 12 nəfərin öldüyünü bildirən Dalican bölgəyə əlavə qüvvələrin göndərildiyini və istintaq başladıldığını qeyd edib.
Milli mətbuatda yer alan xəbərlərə görə, silahlı dəstə üzvləri Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə də hücum ediblər.
İki kəndə hücumda 30 nəfərin öldüyü, bəzilərinin ağır olmaqla çoxlu sayda insanın yaralandığı bildirilib.
Xəbərdə silahlı dəstə üzvlərinin hücumları nəticəsində kənd sakinlərinin bir qisminin evlərini tərk etdiyi bildirilib.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Günel Məlikzadə