"Səni torpağa əmanət edəcək qədər vəfasızam" - Damla
    • 6-08-2018, 10:16
    • 2 086

"Səni torpağa əmanət edəcək qədər vəfasızam" - Damla

Müğənni Damla bir müddət öncə vəfat edən atasını anıb. 

İfaçı şəxsi instagram hesabında şəkil paylaşaraq bunları yazıb:

"Bir zəngin gəlsə nələri qurban verməzdim. O qədər güclü olmağa çalışarkən, məzəli zarafatların, xatirələrin bütün gücümü tükədir. Sən gedəndən saatın əqrəbləri, ruhum, qəlbim, içdən gülüşüm, hər şey ölüb. Ayaqlarına qapanıb, səni bağrıma basıb öpmək şansım olsa, nələri qurban verməzdim.
Bilirəm, çox vəfasızam. Səni torpağa əmanət edəcək qədər vəfasızam". 

Teymur Məmmədov