Məşhur aktrisanın son halı GÜNDƏM OLDU - FOTO
    • Bu gün, 13:28
    • 203

Məşhur aktrisanın son halı GÜNDƏM OLDU - FOTO

Rol aldığı hər bir filmdə diqqət çəkməyi bacaran Türkiyəli aktrisalardan olan Asuman Dabak da sosial mediadan aktiv istifadə edən adlar sırasındadır.

News24.az xəbər verir ki, hazırda “Hudutsuz Sevda” serialında rol alan Asuman Dabak son paylaşımı ilə adından söz etdirib.

Serialda "Nedime Marten Leto" obrazını canlandıran Dabakın sifətindəki dəyişiklik yeni sezon çəkilişlərindən paylaşdığı kadrlarda diqqət çəkib.

Üzündə estetik toxunuşlar olduğu iddia edilən Dabakın dəyişimi sosial mediada trend mövzusuna çevrilib.

Tanınmış aktrisadan haqqında səsləndirilən estetik iddialara cavab gecikməyib.

Asuman Dabak "Məşhur aktrisanın yeni siması" deyən paylaşıma "Makiyajdır dostlar, bizi güldürməyin" deyib.

Asuman Dabak başqa bir paylaşım edərək, "Hələlik Nedime Leto. Əgər plastik əməliyyat etdirsəm, sizə xəbər verəcəm. Rahat olun" deyib.

Günel Məlikzadə