-
- 7-10-2024, 16:56
- 386
"iPhone 14 Pro Max" iltihaba səbəb oldu
TikTok-da Yotroka təxəllüsü ilə çıxış edən belaruslu bloqqer son videolarından birində iPhone 14 Pro Max-dan tez-tez istifadə etdiyi üçün aldığı zədədən danışıb.
News24.az xəbər verir ki, qız videosuna “Pro Max-lər pisdir” adını verib.
Yotroka görə, o, iş zamanı uzun müddət əlində smartfon tutmalı olub və bu səbəbdən də zaman keçdikcə əli ağrımağa başlayıb. Altı ay sonra həkimə müraciət etmək qərarına gəlib.
“Keçən gün ortopedin qəbuluna getdim. Biləyimi müayinə etdi və dedi ki, altı aydır orada iltihab var. Həddindən artıq ağırlıq səbəbindən iltihab meydana gəlib. Yəni iPhone 14 Pro Max mənim biləyimi gərginləşdirib”, - bloqqer bildirib.
Videonun sonunda Yotroka smartfonlardan aktiv istifadə edənləri Pro Max seriyasından iPhone almamağa çağırıb.
Məryəm İlhamqızı