-
- 8-10-2024, 08:20
- 207
"ABŞ-nin əsas rəqibi İrandır"
ABŞ-ın hazırki vitse-prezidenti, “Demokratlar Partiyası”ndan prezidentliyə namizəd Kamala Harris Tehranı Vaşinqtonun əsas rəqibi hesab edir və İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır.
News24.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.
Hansı ölkəni ABŞ-ın əsas rəqibi hesab edirsiniz sualına Harris belə cavab verib: "Ağlıma biri gəlir. Bu, İrandır. İranın əlində amerikalıların qanı var".
Harrisin sözlərinə görə, Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır”. "Bu, mənim üçün əsas prioritetlərdən biridir", - deyə ABŞ vitse-prezidenti vurğulayıb.
İranın nüvə silahı yaradacağı təqdirdə ABŞ-nin hərbi hərəkətə keçib-keçməyəcəyi sualına Harris cavab verməyib.
Teymur Məmmədov