Oteldə ölü tapılan müğənninin ANASI VƏFAT ETDİ
    • Bu gün, 10:02
    • 253

Oteldə ölü tapılan müğənninin ANASI VƏFAT ETDİ

2012-ci ildə otel otağında ölü tapılan məşhur müğənni Uitni Hyustonun anası, iki dəfə “Qremmi” mükafatı laureatı Sissi Hyuston 92 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə “Associated Press”-ə ailə üzvləri məlumat veriblər. 

Agentliyin məlumatına görə, Hyuston oktyabrın 7-də səhər Nyu-Cersidəki evində dünyasını dəyişib. Ölümün səbəbi onun son illərdə əziyyət çəkdiyi Alzheimer xəstəliyi olub.

Teymur Məmmədov