-
- 8-10-2024, 19:35
- 452
Nəsillər boyu artan xroniki xəstəliklər - ən çox bu nəsil...
İngiltərədən olan mütəxəssislər, "Baby Boomers" adlandırılanlar 1946-1964-cü nəsil və daha sonra doğulanların əvvəlki nəsillərə nisbətən daha çox sağlamlıq problemləri ilə mübarizə apardıqlarını və nəsillər boyu xroniki xəstəliklərin artdığını bildiriblər.
News24.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, mütəxəssislər 2004-2018-ci illər arasında İngiltərə, ABŞ və Avropada müxtəlif nəsillərdən 50 yaşdan yuxarı 100 mindən çox insanın sağlamlıq məlumatlarını araşdırıblar.
Aparılan araşdırmalar nəticəsində ekspertlər müəyyən ediblər ki, nəsillər boyu xroniki xəstəliklərə yoluxma hallarında əhəmiyyətli artım olub.
Təbabətdəki irəliləyişlərə baxmayaraq, xroniki xəstəliklərin nəsillər boyu artdığına diqqət çəkən mütəxəssislər, "Baby Boomers" adlanan nəslin əvvəlki nəsillərin eyni yaşdakı insanlara nisbətən daha çox xərçəng, diabet, yüksək xolesterol, piylənmə, ağciyər və ürək xəstəliklərinə sahib olduğunu ifadə edib.
London Universitet Kollecinin (UCL) eksperti Laura Gimeno belə deyib: “Tibbdə irəliləyişlərə və sağlam həyat haqqında ictimaiyyətin daha çox məlumatlandırılmasına baxmayaraq, 1945-ci ildən sonra doğulanların xroniki xəstəliklərdən əziyyət çəkmə riski özlərindən əvvəlki nəsillərə nisbətən daha çoxdur”.
Məryəm İlhamqızı