Qalmaqallı məşhur reper boşanır - FOTO
    • Dünən, 12:15
    • 200

Qalmaqallı məşhur reper boşanır - FOTO

Amerikalı reper Kanye Uest və həyat yoldaşı Byanka Sensori ayrılıb və boşanmağa hazırlaşır. 

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. 

Mənbələrin bildirdiyinə görə, cütlük bir neçə həftə əvvəl ayrıldıqları barədə yaxınlarına məlumat verib. Daha sonra isə  reperin həyat yoldaşı ailəsi ilə vaxt keçirmək üçün Avstraliyaya gedib.

Cütlüyün bu qərarının səbəbi məlum deyil. 

Portalın həmsöhbətlərindən biri bildirib ki, reper ətrafındakı insanlara Tokioya köçüb boşanmağı planlaşdırdığını deyib.

Bundan əvvəl Kanye Uest və həyat yoldaşı münasibətlərində problemlər barədə şayiələrə səbəb olmuşdular. 

Qeyd olunub ki, birlikdə gəzintiyə çıxması ilə tanınan cütlük sonuncu dəfə sentyabrın 20-də Yaponiyada görüntülənib.

Teymur Məmmədov