“Miss Russia 2024”ün qalibi GÖRÜN KİM OLDU - FOTOlar
    • Bu gün, 14:38
    • 172

“Miss Russia 2024”ün qalibi GÖRÜN KİM OLDU - FOTOlar

Paytaxt Moskvada “Miss Russia 2024” gözəllik müsabiqəsi keçirilib. O, müsabiqədə Rusiyanın ən gözəl qızı seçilib.

News24.az xəbər verir ki, yarışda Çuvaşiya Respublikasından Valentina Alekseyeva (mərkəzdə) birinci olub.

Birinci olan Valentina Alekseyeva 1 milyon rubl mükafat qazanıb.

Valentina Alekseyeva noyabrda Meksikada keçiriləcək 73-cü “Kainat gözəli” müsabiqəsində Rusiyanı təmsil edəcək.

Qeyd edək ki, 18 yaşlı Alekseyeva hazırda Piroqov adına Rusiya Tibb Universitetində tibb təhsili alır və həkim olmaq arzusundadır.

Günel Məlikzadə