Saxta spirtli içki faciəsi: ÇOX SAYDA ÖLƏN VAR
    • 8-10-2024, 14:53
    • 367

Saxta spirtli içki faciəsi: ÇOX SAYDA ÖLƏN VAR

İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içki qəbulu nəticəsində ölüb.

News24. SNN-ə istinadən xəbər verir ki, onların ölüm səbəbi metil spirtindən ağır zəhərlənmə olub. 

Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirilib. Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.

Mazandaran Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, metil spirti içən 284 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

Onlardan 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.

Qeyd edək ki, spirtli içkilərin qadağan edildiyi İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi, bunun da ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.

Teymur Məmmədov