Saxta spirtli içki istehsal etdilər
    • 20-06-2024, 15:48
    • 443

Saxta spirtli içki istehsal etdilər

İranda saxta spirtli içki istehsal edən və paylayan 11 müttəhimdən 4-ü barəsində ölüm hökmü çıxarılıb.

News24.az xəbər verir ki, Əlborz vilayətinin baş prokuroru Hüseyn Fazili 4 nəfərin “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə edam cəzasına məhkum edildiyini bildirərək, “Son bir ildə Kərəc şəhərində saxta spirt istehsalı və istifadəsindən 17 nəfər həyatını itirib, 191 nəfərə ciddi ziyan dəyib". 

“Saxta spirtli içki istehsalı ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan 11 nəfərdən 4-ü ölüm cəzası, digər 7 müttəhimə isə həbs cəzası verilib.

Qeyd edək ki, ötən il İranın Şərqi Azərbaycan, Əlborz, Hörmüzqan, Tehran, Mazenderan və Qəzvin əyalətlərində saxta spirtli içkilər üzündən xeyli insan həyatını itirib.

Spirtli içkilərin istehsalı və istehlakının qadağan edildiyi ölkədə narkotik, spirtli içki istehsal edən və yayanlar “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə ölüm cəzası ilə mühakimə olunurlar.

Günel Məlikzadə