Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirildi
    • Bu gün, 15:35
    • 139

Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirildi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin çıxışında bildirib ki, Rusiya ilə Ermənistan arasında ötən il ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb:

"Bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir".