Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artdı
    • 3-07-2024, 14:06
    • 175

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artdı

Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13% artıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4,5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu istiqamətdə tendensiya yaxşıdır: 13%-lik artım”, - o bildirib.