Putin Bakı ilə münasibətlərdən danışdı
    • 22-04-2024, 17:54
    • 166

Putin Bakı ilə münasibətlərdən danışdı

İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir”, - o bildirib.