Dörd qızını eyni gündə dünyaya gətirdi, ancaq uşaqlar dördəm deyil - FOTO
    • 8-10-2024, 15:44
    • 399

Dörd qızını eyni gündə dünyaya gətirdi, ancaq uşaqlar dördəm deyil - FOTO

ABŞ-ın Cənubi Karolina ştatında yaşayan 35 yaşlı Kristen və 36 yaşlı Nik Lammertin 4 övladı var.

News24.az xəbər verir ki, hər biri müxtəlif yaşlarda olan qızları maraqlı edən onların hamısının eyni tarixdə, planlaşdırılmamış şəkildə doğulmasıdır.

Cütlüyün doqquz, altı, üç yaşlı və iki aylıq qızları avqustun 25-də dünyaya gəlib. Üstəlik, onların hamısı normal doğuşla dünyaya gəlib.

Qeyd edək ki, mütəxəssislər bu vəziyyətin baş vermə ehtimalının 17 milyardda 1 olduğunu ifadə ediblər.

Ailə dörd qızı ilə xoşbəxt həyat sürür və hər il avqustun 25-də birgə qızlarının ad günlərini qeyd edirlər.

Günel Məlikzadə